"Ərbəin" ziyarətinə gedən 4 min azərbaycanlı zəvvarın xərcləri İmam Hüseyn(ə) hərəmi tərəfindən qarşılanacaq

Azərbaycan zəvvarlarına müqəddəs hərəmin rəhbərliyi tərəfindən 4000 nəfər zəvvar üçün qalmağa yer və qidalanma ehsan edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 13:41

Bu il Ərbəin ziyatrətinə Kərbəlaya gələn Azərbaycan zəvvarlarına İmam Hüsen(ə)ın müqəddəs hərəminin rəhbərliyi tərəfindən 4 min nəfər zəvvar üçün qalmağa yer və qidalanma ehsan edilib.

İnterAz "Ahlibeyt.az"a istinadən xəbr verir ki, bu barədə "SalamTour" turizm şirkətinin icraçı direktoru Nurlan Dadaşov açıqlama vermişdir.

Məlumata görə bu il Kərbəlada "Ərəfə" günü İmam Hüseyn hərəminin rəhbəri Əbdül Mehdi Kərbəlayi ilə ilahiyyatçı alim Hacı Şahin Həsənli arasında görüş baş tutub. Bu görüşün nəticəsi olaraq "Ərbəində" Kərbəlaya yola düşən Azərbaycan zəvvarlarına müqəddəs hərəmin rəhbərliyi tərəfindən 4000 nəfər zəvvar üçün qalmağa yer və qidalanma ehsan edilib.

Bu kampaniyadan yararlanmaq istəyənlər "SalamTour" şirkəti ilə əlaqə saxlaya bilərlər.

Əlaqə nömrələri:

+994 (12) 538- 41-32
+994(50) 303-30-70