Əbülfəs Qarayev: Şoppinq Festivalında 400-dən çox ticarət obyektinin iştirakı gözlənilir

Budəfəki festival bir çox yeniliklərlə alıcıların görüşünə gələcək

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 14:01

Bakıda keçiriləcək ikinci Şoppinq Festivalında 400-dən çox ticarət obyektinin iştirakı gözlənilir.

İnterAz xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 15-dən noyabrın 15-dək reallaşacaq festivala həsr edilmiş mətbuat konfransında deyib.

“Mağazaların və xidmət mərkəzlərinin əksəriyyətinin ƏDV-nin qaytarılması sisteminə qoşulması ilə turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim olunacaq. Budəfəki festival bir çox yeniliklərlə alıcıların görüşünə gələcək. Belə ki, ilk dəfə olaraq supermarketlər də festivala qoşulmağa qərar veriblər. Bunlar “Bravo” hipermarketi və “Neptun” supermarketidir. Bundan əlavə, bir sıra apteklər də festivala qoşulacaq”,- deyə nazir bildirib.