Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 14:25

Oktyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Düşənbə şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Müdafiə nazirlərinin görüşündə hərbi əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.