İslam prinsiplərində radikalizm və ekstremizm elementləri yoxdur

“Dini radikalizmin və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 15:42

Ağdaş rayon Qəribli kənd məscidi dini icmasının “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” layihəsi çərçivəsində Qəribli kənd tam orta məktəbində “Dini radikalizmin və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

İnterAz xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Tural Ələkbərov, Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov, kənd tam orta məktəbinin direktoru Pünhan Balakişiyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış və müzakirələrdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bildirək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.