Azərbaycanda dəmir yolu işçiləri peşə bayramını qeyd edirlər

1880-ci ildə Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 10:12

Bu gün Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramıdır.

İnterAz-ın məlumatına görə, 1880-ci ildə Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub.

Prezident İlham Əliyevin 2005-ci 7 oktyabr tarixli sərancamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün – 13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub. Azərbaycan Prezidenti 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə yaradılan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə ölkəmizdə dəmir yolunun inkişafını təmin edən əsas qurumdur.