Dünyada 19 milyon uşağın görmə problem var – Yazgül Abdıyeva

Dünyada hər il görmə problemləri ilə insanların sayı 45 min artır

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Oktyabr 2017, 14:55

Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir.

İnterAz xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiya zamanı Milli Oftalmologiya Mərkəzinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib. Onun sözlərinə görə, dünyada hər il görmə problemləri ilə insanların sayı 45 min artır.

“Korluqla mübarizə durmadan davam etdirilərsə, dünya əhalisinin 80%-də korluğun qarşısı alına bilər. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər
”, - Y.Abdıyeva qeyd edib.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu, professor Elmar Qasımovun təşəbbüsü ilə baş tutan aksiyada məqsəd maarifləndirmə işləri aparmaq və bu xəstəliklə mübarizənin yollarını göstərməkdir.

"Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyində reallaşan aksiyada 100-ə qədər gözdən əlil vətəndaş müayinə olunub və onlardan ehtiyacı olanlara eynəklər verilib.