Eynulla Fətullayev: Nəhayət, Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq

Eynulla Fətullayev görüşdə çəkdirdiyi şəkli sosial şəbəkə hesabında paylaşıb

Bakı, Nazilə Xaqani, İnteraz - 08 Noyabr 2017, 13:52

“Haqqın.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev bu günlərdə azadlığa buraxılan azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) görüşüb.

İnterAz xəbər verir ki, Eynulla Fətullayev görüşdə çəkdirdiyi şəkli sosial şəbəkə hesabında paylaşıb.


“Nəhayət, Lotu Quli ilə görüşdük, dərdləşdik, keçmişi yada saldıq, gələcək haqda danışdıq”, - E. Fətullayev yazıb.