"Apple" yeni smartfonun qüsurlu olduğunu etiraf edib

“Apple” bu problemin növbəti yenilənmə zamanı aradan qaldırılacağını deyib

Bakı, Nazilə Xaqani, İnteraz - 10 Noyabr 2017, 17:25

“Apple” şirkəti yeni “iPhone X” smartfonlarında qüsurların olduğunu etiraf edib.

İnterAz "Trend"ə istinadən xəbər verir ki, şirkət soyuq havada sensorlu ekranın toxunuşlara reaksiya vermədiyini bildirib.

Qeyd olunur ki, istifadəçilər sıfır dərəcəyə yaxın hava şəraitində telefonun ekranının işləmədiyini bildirib.

“Apple” bu qüsurun mövcud olduğunu etiraf edib və bu problemin növbəti yenilənmə zamanı aradan qaldırılacağını deyib.