“Facebook”da “bəyən” düyməsi ləğv edilir

Sosial şəbəkədə fevralın 6-dan etibarən “like” (bəyən) düyməsi ləğv ediləcək

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 11:23

“Facebook”un xüsusi ilə də şirkətlərin səhifələrini maraqlandıran radikal dəyişiklik edəcəyi bildirilib.

İnterAz xəbər verir ki, sosial şəbəkədə fevralın 6-dan etibarən “like” (bəyən) düyməsi ləğv ediləcək.

Bu tarixdən etibarən proqramçılar “facebook”un “bəyən” düyməsi əvəzinə yaradacaqları düymələrlə “Facebook Pages” səhifəsinə yönləndirmə edilə biləcək.