İranın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 13:26

İranda baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə İranın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə İnterAz-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, İran-İraq sərhədi yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət təqribən 450 nəfərin həlak olması, 7 mindən çox adamın yaralanması ilə nəticələnib. Bu gün həmçinin İranda milli matəm günü elan olunub.