Küçədə gecələyən Şuşa batalyonunun könüllüsü fəryad edir

Heç nə istəmirəm, bir dənə daxma istəyirəm prezidentdən

Bakı, Nazilə Xaqani, İnteraz - 25 Noyabr 2017, 12:03

Havaların soyuq keçməsi ilə əlaqədar küçələrdə insanların sayı azalanda, yaşayış yeri olmayan kimsəsiz şəxslər daha çox gözə çarpırlar. Axşam saatlarında onların parkların və ya binaların künc-bucaqlarında özlərinə qalmaq üçün yerlər axtardıqlarını müşahidə edirik. Belə şəxslərdən biri də Həsənov Adil Bədəl oğludur.

 

Adil Həsənov "Azadlıq" metrostansiyasının çıxışındakı parkda, beton səkinin üzərində yatmış halda görünüb.

 

Adil Həsənov evsizlikdən, övladını itrməsindən, aldadılmasından, Şuşa batalyonunda xidmət etməsindən, gözlərinin gedərək korlaşmasından, xanımının ölməsindən sonra Fatimə adlı qızını görə bilməmməsindən və.s çətinlilklərindən şikayətlənib:

 

"Oturmuş burada, ölümümü gözləyirəm. Heç nə istəmirəm, bir dənə daxma istəyirəm prezidentdən. Kimsəsizlər evindən dedilər ki, 60 yaşından sonra gələrsən, 60 yaşdan aşağı şəxsləri götürmürük. Yalvarıram, bir dənə qızım var, Fatimə. Onu mənə tapın, gətirin yanağından öpüm, canımı tapşırım Allaha (ağlayır - red). Mənim balam məni tapsın, mən qalmayım çöllərdə. 1992-93-cü ildə Şuşa könüllü batalyonunda döyüşmüşəm."

 

Küçədə gecələyən Adil Həsənovun ürək dağlayan sözlərini aşağıdakı videoda izləyin.