Paytaxtın bəzi yollarında sürət həddi endirilib

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 09:20

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə İnterAz-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.