Salyanda ata və oğlunun 3 il əvvəl ana və dörd qızı öldürdüyü məlum olub

Fərhad Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir

© haqqın.az

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 10:17

Salyanda itkin düşən ana və 4 qızın öldürüldüyü məlum olub.

 

İnterAz-ın məlumatına görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, Ümidə, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

 

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

 

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.