Vəkillər Kollegiyasının yeni sədri seçilib

Kkonfransda sədr müavinləri də müəyyənləşib

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 12:25

Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

 

İnterAz xəbər verir ki, A.Bağırov bu vəzifəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin dekabrın 7-də keçirilən konfransında səsvermə nəticəsində seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib.

 

Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.