Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 12:53

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 

ETSN-dən İnterAz-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 80-90 % olacaq. 

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.