Şəhid hərbçimiz dəfn olunub

Şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb

  • 232

Bakı, Nazilə Xaqani, İnteraz - 15 Dekabr 2017, 10:11

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşi nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu bu gün dəfn olunub.İnterAz-ın verdiyi məlumata görə, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib.

Şəhid yaylım atəşi ilə son mənzilə yola salınıb.

F. Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəlidir, iki oğlu var.