Bakıda gəlin toyu günü dəm qazından zəhərlənib

Xəstə komatoz vəziyyətdə olub

  • 2027

Bakı, Nazilə Xaqani, İnteraz - 15 Dekabr 2017, 13:17

Bakıda gəlin toy günü dəm qazından zəhərlənib.

İnterAz xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Məhəbbət İbrahimova bildirib.

Onun sözlərinə görə, hadisə dekabr ayında qeydə alınıb:

"Xəstə gecə saatlarında təcili yardımla toksikoloji mərkəzin qəbul şöbəsinə gətirilib. Dəm qazından zəhərlənmə halı ilə gələn xəstə koma vəziyyətində olub. Həkimlərin səyləri nəticəsində xəstəni vəziyyətdən çıxartmaq mümkün olub.

Xatırladım ki, xanımın səhər toyu olacaqdı. Hadisə hamamda yuyunan zaman qaz sızması nəticəsində baş verib. Xəstə gecə xəstəxanada qalıb səhər isə xəstəxanadan toyuna gedib".