FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər

FHN Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumudur

Bakı, Nazilə Xaqani, İnteraz - 16 Dekabr 2017, 12:46

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları peşə bayramlarını qeyd edirlər.

 

İnterAz xəbər verir ki, FHN Azərbaycan Respublikasının fövqəladə hallar sahəsində fəaliyyət göstərən qurumudur. Hazırda Nazirliyə Kəmaləddin Heydərov rəhbərlik edir.

 

Azərbaycan prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış FHN ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.