Bakı metrosunda intihara cəhd edən Qarabağ qazisi xəstəxanada ölüb

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib

Bakı, , İnteraz - 12 Yanvar 2018, 17:05

Bu gün metronun “Qara Qarayev” stansiyasında özünü qatarın altına atmaq istəyən Cəmil Cəmilov 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb. Həmin şəxsə tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya aparılıb.  1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlunun intihar etməsi ilə əlaqədar Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, C.Cəmilov uzun illər ağır xəstəlikdən əziyyət çəkib. O, Qarabağ müharibəsi iştirakçısı olub və müharibədə ağır yaralanıb





09.47
Bakıda metroda intihara cəhd hadisəsi baş verib.

 

Hadisə metronun "Qara Qarayev" sransiiyasında baş verib. Saat 09:18 radələrində "Həzi Aslanov"- "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı əsalı kişi özünü qatarın altına atmağa cəhd edib. Maşinistin sayıqlığı nəticəsində intiharın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

 

Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib.

 

İntihara cəhd edən şəxsin kimliyi məlum deyil.

 

Trend