Növbəti xəbərdarlıq: Qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycan sinoptikləri növbəti dəfə xəbərdarlıq ediblər

Bakı, , İnteraz - 12 Yanvar 2018, 12:58

Azərbaycan sinoptikləri növbəti dəfə xəbərdarlıq ediblər.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.