Bakıda yolkaların sökülməsinə başlanılıb

Yanvarın 11-dən yolkanın sökülməsinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 12 Yanvar 2018, 15:34

Bakıda Yeni illə bağlı quraşdırılan əsas yolkanın sökülməsinə başlanılıb.

 

İnterAz xəbər verir ki, Bu barədə  Dənizkənarı Bulvar İdarəsindən məlumat veriblər. Məlumatda bildirilir ki, yanvarın 11-dən yolkanın sökülməsinə başlanılıb və artıq işlər yekunlaşmaq üzrədir:

 

"Yolkanın fəaliyyəti yanvarın 13-ə qədər nəzərdə tutulmuşdu. Artıq dünəndən sökülməyə başlanılıb. Bulvardakı digər kiçik yolka da bu gün söküləcək".

 

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin rəhbəri Əlabbas Bağırov isə Trend-ə bildirib ki, Yeni illə bağlı şəhərdə quraşdırılan bütün yolkalar yanvarın 13-nə qədər söküləcək:

 

"Artıq parklardakı yolkalar sökülüb. Ola bilər ki, bir və ya iki yolka sökülməyib, amma onlar yanvarın 13-dən sonra fəaliyyət göstərməyəcək".