Paytaxtda 132 nömrəli marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

“Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2018, 16:55

Bu gündən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

 

Bakı Nəqliyyat Agentliyindən İnterAz-a verilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

 

Belə ki, “Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir.

 

“Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb.