Prezident İlham Əliyev Əhəd Abıyevi təltif edib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əhəd Mikayıl oğlu Abıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2018, 17:53

Prezident İlham Əliyev Əhəd Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əhəd Mikayıl oğlu Abıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.