Şəhid Əvəz Paşayevin xatirəsinə həsr olunmuş Futzal turniri başa çatıb

Balaxanı İdman Kompleksində şəhid Əvəz Paşayevin xatirəsinə həsr olunmuş Futzal turnirinin qalibi müəyyənləşib.

Baku, Oktay Quliyev, İnteraz - 12 Yanvar 2018, 22:58

Rəsmi Necatinin təşkilatçılığı ilə keçirilən Həvəskar Futzal Turnirinin qalibi "Maştağa" futbol komandası olub.

 

İnterAz-ın məlumatına görə, Həvəskar Futzal Turniri Balaxanı İdman Kompleksində keçirilib. Oyun başlamazdan əvvəl şəhidlərimiz 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycan Futbol Federasiyası Assosiasiyasının hakimlər komitəsinin sədri Asim Xudiyev və onun hakim heyətinin nəzarəti altında keçirilən final oyunundan qalib ayrılan "Maştağa" futbol komandası olub.

 

Turnirin təşkilatçısı Rəsmi Necatinin bildirdiyinə görə, yarış azərkeşlər tərəfindən coşqu ilə qarşılanıb.

 

Qeyd edək ki, turnir artıq 5 ildir hər il davamlı şəkildə keçirilir.