Avtomobilin vurduğu piyada öldü

Bu gün İmişli şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, , İnteraz - 13 Yanvar 2018, 13:07

Bu gün İmişli şəhəri Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil rayonun Yalavac kənd sakini, 1958-ci il təvəllüdlü Dəmirov Zahid Məşdi oğlunu vurub.

 

Ağır xəsarət alan Z. Dəmirov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

 

Faktla bağlı araşdırma aparılır.