Lənkəran sakini evin damından yıxılaraq xəsarət alıb

Valeh Fərman oğlu Cəfərov evin damında iş görərkən ehtiyatsızlıqdan oradan yıxılıb

  • 10

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Yanvar 2018, 13:36

Lənkəran sakini evin damından yıxılaraq xəsarət alıb.

 

İnteraz xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Osaküçə kənd sakini Valeh Fərman oğlu Cəfərov evin damında iş görərkən ehtiyatsızlıqdan oradan yıxılıb.

 

O, yaxınlarının yardımı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Bədəninin müxtəlif yerlərində sınıq diaqnozu qoyulan V. Cəfərova ilkin tibbi yardım göstərilib. O, xəstəxanın travmatologiya şöbəsinə yerləşdirilib.