Ağdaşda minik avtomobili ilə traktor toqquşub, sürücülər xəsarət alıb

Hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb

  • 10

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Yanvar 2018, 14:31

Ağdaş rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

 

İnteraz xəbər verir ki, ”Report”un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Ağdaş sakini Şahin Dünyamin oğlu Ağalarovun idarə etdiyi “ VAZ - 21015” markalı avtomobil rayonun Kotavan kənd sakni Samir Seyidağa oğlu Zakirovun idarə etdiyi “Belarus” markalı qoşqulu traktorla toqquşub. 

 

Hadisə nəticəsində hər iki sürücü yüngül xəsarət alıb. “VAZ -21015” markalı avtomobilə ciddi ziyan dəyib. 

 

Faktla bağlı araşdırma aparılır.