Yol polisinin avtomobilləri satışa çıxarılır (FOTOLAR)

Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model “BMW-320” avtomobilləridir

Bakı, , İnteraz - 15 Yanvar 2018, 15:42

Fevral ayının 13-də hərraca çıxarılan avtomobillər açıqlanıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, növbəti əmlak hərracında dövlət qurumlarına aid 11 avtomobil iştirak edəcək. Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model “BMW-320” avtomobilləridir. Başlanğıc qiymət 5200 manatdan başlayır. 2 “QAZ-31105” avtomobili hərraca 1800 manat başlanğıc qiymətlə çıxarılacaq. Bundan əlavə, Nazirliyinə aid Mercedes Benz Daimler mikroavtobusunun ilkin hərrac qiyməti 1500 manat, “Azəralüminium” ASC-yə aid PAZ-4234 avtomobilin qiyməti isə 6300 manatdan başlayır.


Daha ətraflı məlumat əldə etmək istəyənlər bu linkə daxil ola bilərlər.
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3326

"Fins.az"