Novruz çərşənbələrinin vaxtı açıqlandı

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq

Bakı, , İnteraz - 26 Yanvar 2018, 15:05

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

Rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək. Onun sözlərinə görə, fevralın 27-də ilk - Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

APA