Azərbaycanda yeni medal təsis edilib

Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 17:22

Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.

 

İnterAz-ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib.

 

Medal səfərbərlik və vətəndaşların hərbi vətənpərvərlik mövzusunda maarifləndirilməsində xidmətləri olan hərbçilərə və mülki vətəndaşlara veriləcək.