"Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

Sənəd 8 fəsil, 40 maddədən ibarətdir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 18:12

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

 

İnterAz-ın məlumatına görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sənəd 8 fəsil, 40 maddədən ibarətdir.

 

Deputat qeyd edib ki, sənəddə əsas anlayışlar, əlilliyin müəyyən edilməsi, əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları, onların reabilitasiyası və abilitasiyası, məşğulluğunun təmin edilməsi, təhsili, peşə hazırlığı, əmək şəraiti, mənzil təminatı və digər məsələlər əksini tapıb.

 

Qanun layihəsi müzakirə edilərək birinci oxunuşda qəbul edilib.