İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb

"Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq"

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 14 Fevral 2018, 14:46

"Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıb".

 

İnterAz xəbər verir ki, bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

 

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfər adamın olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".