ATV-nin əməkdaşları bu uşaq üçün səfərbər oldular

ATV-nin əməkdaşları həyatı təhlükədə olan balaca Hüseyn üçün ayağa qalxıblar

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 20 Fevral 2018, 10:28

ATV-nin əməkdaşları həyatı təhlükədə olan balaca Hüseyn üçün ayağa qalxıblar. 

 

İnterAz xəbər verir ki, "Azad Azərbaycan" Teleziya şirkətinin bir qrup əməkdaşı 8 yaşlı Hüseyn Fətullayevə dəstək məqsədilə video çarx hazırlayıblar.

 

Məşhurlar videoçarxda doğulandan bəri uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkən balaca Hüseynə yardım çağırışı ediblər.

 

ATV-nin əməkdaşının tükürpədən müraciəti - Çarəsiz ata xəstə övladı üçün çağırış etdi

 

Qeyd edək ki, ATV-nin əməkdaşı Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. O, uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Bir müddət əvvvəl çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata övladının həyatını qurtarmaq məqsədilə maddi yardım üçün müraciət də yaymışdı. Müraciətə səs verənlər çox olsa da, hələ də Hüseynin müalicəsi üçün lazım olan məbləğin yalnız cüzi bir hissəsi yığılıb.