Gəncədə mənzildən qadın meyiti tapılıb

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb

Bakı, Nazilə Xaqani, İnteraz - 22 Fevral 2018, 16:08

Gəncədə mənzildən 65 yaşlı qadın meyiti tapılıb.

 

İnterAz Fövqəladə Halar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Yusubova Solmaz İslam qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​