Bakıda yük maşını yanıb

Hadisə aeroport yolunda baş verib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 23 Fevral 2018, 17:59

Bakıda yük maşını yanıb.

 

İnterAz xəbər verir ki, hadisə aeroport yolunda baş verib.

 

Belə ki, “QAZEL” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb. Qəzadan dərhal sonra avtomobil alışmağa başlayıb və yanıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.