Biləsuvarda evdən pul və qızıl əşyalar oğurlanıb

Hadisə barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat verilib

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 12 Mart 2018, 11:29

Biləsuvar rayonunda evdən pul və qızıl əşyalar oğurlanıb.

 

İnterAz xəbər verir ki, “Report”un Aran bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Əmənkənd kəndində baş verib. 

 

Belə ki, naməlum şəxs və ya şəxlər kənd sakini, 1981-ci il təvəllüdlü Nazim Məmmədhəsən oğlu Qədimova məxsus fərdi yaşayış evinə girərək oradan 2800 manat nağd pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat verilib. 

 

Faktla bağlı araşdırma aparılır.