Şabran sakini ad günündə özünü güllələyib

hadisə rayonun Gəndob kəndində baş verib

Bakı, , İnteraz - 13 Mart 2018, 12:01

Şabran rayonunda intihar faktı qeydə alınıb.

 

APA-nın şimal bürosuna istinadən İnterAz-ın  verdiyi məlumata görə, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb.

 

Faktla bağlı araşdırmalar aparılır.