Lənkəranda avtomobil piyadanı vurub

Hadisə nəticəsində N. Sadıyev xəsarət alıb

Bakı, , İnteraz - 13 Mart 2018, 13:32

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosuna istinadən İnterAz-ın məlumatına görə, Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Digah kəndi ərazisindən keçən hissəsində avtomobil həmin kənd sakini, 1956-cı il təvəllüdlü Nəsrəddin Xəzərxan oğlu Sadıyevi vurub. N. Sadıyev xəsarət alıb.

 

O, ətrafdakıların köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.