Dünyaca məşhur alim vəfat edib

Alim kainatın ilkin vəziyyətinin öyrənilməsi sahəsində çalışırdı

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Mart 2018, 09:40

Dünyaca məşhur alim Stiven Uilyam Hokinq 76 yaşında vəfat edib.

 

İnterAz-ın verdiyi xəbərə görə, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Britaniyalı nəzəriyyəçi– fizik Stiven Hokinqin 10 milyon nüsxədə çap edilən “Zamanın qısa tarixi” kitabının müəllifidir. Alim kainatın ilkin vəziyyətinin öyrənilməsi sahəsində çalışırdı.

 

Qeyd edək ki, Hokinq tamamilə iflic vəziyyətdə idi, ancaq buna baxmayaraq aktiv həyat tərzi sürən alim elmlə məşqul olurdu.