Gəncədə mebel sexi yanıb

Sexin qalan hissəsi yanğından mühafizə olunub

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 14 Mart 2018, 11:31

Gəncə şəhərində hər mərtəbəsi 250 m2 olan ikimərtəbəli mebel sexinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m2 sahədə və 1 ədəd dəzgah, 2-ci mərtəbənin yanar konstruksiyaları 136 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 250 m2 sahədə yanıb.

 

FHN-dən İnterAz-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​