Sumqayıtda insanları qorxuya şəxsin görüntüləri yayılıb

Sumqayıt şəhərində orta məktəb şagirdlərinin valideyinlərini qorxuya salan olay yaşanır

  • 3798

Bakı, , İnteraz - 03 Aprel 2018, 12:35

Sumqayıt şəhərində orta məktəb şagirdlərinin valideyinlərini qorxuya salan olay yaşanır. Belə ki, şəhərin 10-cu mikrorayonda yerləşən 24 saylı orta məktəbin ətrafında hər gün naməlum şəxs həmin orta məktəbin təxminən 4-5-ci sinifində oxuyan qız şagirdlərini aparır və onlara qarşı təcavüz edir.

İnterAz xəbər verir ki, bu barədə Reyd.az-a sakinlər məlumat verib.

"Həmin şəxs məktəbin yanında tikinti aparılan binanın yanından peyda olur. Uşaqları aldadaraq guya hansısa yerin lazım olduğunu, ama tapa bilmədiyini deyir. Şagirdlər isə barmaqla göstərəndə, həmin istiqaməti bir yerdə getməklə başa salmasını istəyir. Uşaqlar isə getdikdə, onlara təcavüz etməyə başlayır” - sakinlər bildirib.

Sakinlər mövzu ilə bağlı aidiyyatı orqanlardan kömək istəyir. Qeyd edək ki, həmin şəxsin görüntüləri yaxınlıqda tikinti aparan binanın təhlükəsizlik kameralarına əks olunub. Mövzu ilə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.