Hacı Cavad Məscidində ilk izdihamlı namaz qılındı (Foto)

500 nəfər üçün nəzərdə tutulan məscid tam dolu olub

Bakı, , İnteraz - 13 Aprel 2018, 13:48

Ötən gün  Azərbaycan prezidenti İlham Əliyevin açılışını etdiyi Hacı Cavad məscidində bu gün ilk namaz qılınıb.

Zöhr namazı məscidin axundu Ceyhun Cəfərovun pişnamazlığı ilə qılınıb. 500 nəfər üçün nəzərdə tutulan məscid tam dolu olub. Namazdan sonra məscidin imamı Hacı Əhliman Rüstəmov cümə moizəsi oxuyub.

"Faktxeber"