"Faktxəbər" 9 yaşını qeyd edir

"Faktxəbər" bütün hadisələrə dəqiq və qərəzsiz mövqe göstərməklə hər kəsə eyni məsafədə dayanır

Bakı, , İnteraz - 15 Aprel 2018, 18:43

Bu gün FaktXeber.com internet-qəzetinin yaranmasının 9 ili tamam olub.

 

İnterAz-ın məlumatına görə, internet-qəzet Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilir.

 

Təqdim edilən xəbərlər sırf oxucunun marağı üçün yayımlanır. "Faktxəbər" bütün hadisələrə dəqiq və qərəzsiz mövqe göstərməklə hər kəsə eyni məsafədə dayanır. İqtidar nümayəndəsinin rəsmi açıqlaması da işıqlandırılır, müxalifət nümayəndəsinin bəyanatı da. İndiyə kimi hər hansı bir müsahibin fikirləri təhrif olunmayıb, oxucuya yanlış xəbər çatdırılmayıb. 

 

İnterAz kollektivi adından həmkərlarımızı təbrik edir, xəbər bolluğu arzu edirik.