Bakıda küçədə naməlum kişi meyiti tapılıb

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib

Bakı, , İnteraz - 16 Aprel 2018, 07:10

Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.

İnterAz "Report"-a istinadən  xəbər verir ki, təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil. Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib. Araşdırma aparılır.