Gədəbəydə boğazında çəyirdək qalan 3 yaşlı uşaq boğularaq ölüb

Həmin kənddə yaşayan 3 yaşlı oğlan uşağı boğazında qalan meyvə çəyirdəyindən boğulub

Bakı, , İnteraz - 16 Aprel 2018, 12:24

Gədəbəy rayonunda boğazında çəyirdək qalan körpə boğularaq ölüb.

 

İnterAz-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Xar-xar kəndində baş verib.

 

Həmin kənddə yaşayan 3 yaşlı oğlan uşağı boğazında qalan meyvə çəyirdəyindən boğulub. 

 

Faktla bağlı araşdırma aparılır.