Gəncədə avtomobil qaçıran şəxslər tutulub

Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb

  • 7

Bakı, , İnteraz - 16 Aprel 2018, 12:32

Gəncədə avtomobil qaçıran şəxslər tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini R.Əliyev “VAZ-2106” markalı avtomobilinin gecə saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

 

Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil Gülüstan qəsəbəsinin ərazisində tapılıb.

 

Avtomobili qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Sərxan Mahmudov və əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov olduqları müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.