Bakıda “KamAZ”la toqquşan avtomobilin sürücüsü ölüb

Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub

Bakı, , İnteraz - 16 Aprel 2018, 13:52

Bakıda “KamAZ”la toqquşan avtomobilin sürücüsü ölüb.

 

Fövqəladə Hallar Nazirliyindən İnterAz-a verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.