FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub

  • 5

Bakı, , İnteraz - 16 Aprel 2018, 14:04

FHN Qaradağda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

 

Nazirlikdən İnterAz-a verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Qasımov Mansur Yasən oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.