Yevlax sakininin evindən marixuana aşkar edilib

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər uğurla davam etdirilir

  • 143

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Aprel 2018, 14:50

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər uğurla davam etdirilir.

 

İnterAz xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Natiq Bəşirov şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindən 11,55 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun evinə baxış keçirilən zaman çəkisi 3 kiloqram 118 qram marixuana aşkar edilərək götürülüb. 

 

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.