Bakıda yol polisi postunda ağır qəza baş verib (Foto)

Faktla bağlı araşdırma aparılır

Bakı, , İnteraz - 17 Aprel 2018, 08:48

Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Qaradağ postunda baş verib. Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Vaz 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Vaz 2107” markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Yasən oğlu Qasımov dünyasını dəyişib. Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

"Oxu.az"